299№li məktəb- lisey haqqında 

Məktəb 1950-ci ildən fəaliyyət göstərir. Məktəbin tutumu 1200 nəfərlikdir.

Məktəb ixtisaslı müəllimlərlə tam təmin edilmişdir. Məktəbdə 106 nəfər ali,  15 nəfər  orta ixtisas təhsilli müəllim işləyir.         

        2008-ci il sentyabrın 23-də Təhsil Nazirliyinin əmri ilə məktəbin nəzdində lisey siniflər yaradılmışdır. Cari dərs ilində 1548 şagirdin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur.Şagird-müəllim nisbəti 13-nəfərdir.  Məktəb bir növbəli və beş günlük iş rejimi ilə fəaliyyət göstərir.

         2006-cı ildə 8(səkkiz) otaqdan ibarət 160 yerlik əlavə korpus tikilib istifadəyə verilmiş,2008-cui ildə məktəb əsaslı təmir olunmuş,və yenidən həmin ildə 840 yerlik 42 sinif otağı tikilib istifadəyə verilmişdir.  

         Son illər məktəbdə rayon miqyasında müxtəlif tədbirlər keçirilmişdir.2007-ci ildə”Ümümxalq hüzn günü”nün 17-ci ildönümünə həsr edilmiş,2008-ci ildə “Narkomanlıq bəşəriyyət üçün təhlükədir”mövzusunda tədbir,”İstedadlı şagirdlərlə aparılan işlərin təhsilin keyfiyyətinə təsiri”mövzusunda dəyirmi masa keçirilmişdir.

 

      Təhsilin məzmun və keyfiyyətinin artırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirilmiş, metodik işlərin səviyyəsi artırılmış,açıq dərslər və qarşılıqlı dərs dinləmələr təşkil edilmiş,dəyirmi masalar və görüşlər keçirilmişdir.Məktəb “Fəal təlim metodlarından səmərəli istifadənin təhsilin keyfiyyətinə təsiri” problemi üzərində işləyir.

         Milli kurrikulumun tətbiqi ilə əlaqədar olaraq I siniflərdə dərs deyən müəllimlərin xüsusi treninqlərdən keçmələri təmin edilmiş,2010-cu ildə I siniflərdə dərs deyəcək müəllimlər müəyyənləşdirilmiş,onlar haqda məlumat təhsil idarəsinə təqdim edilmişdir.Müəllimlərin kurrikulum ilə işləmə prinsipi,yeni metod və texnologiyaların yaradıcı şəkildə tətbiqi ilə bağlı müəllimlərin məsuliyyətləri artırılmışdır.                                                                                

Təlim-tərbiyənin keyfiyyətinin,müəllim və şagirdlərin məsuliyyətlərinin artırılması nəticəsində son illər məktəb bir sıra uğurlar əldə etmişdir. Belə ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək  1 nəfər şagird 650 bal toplamış və Azərbaycan Dillər Universitetinin İngilis-dili fakültəsinə daxil olmuşdur.Son üç ildə 17 nəfər şagird 500-700 bal toplayaraq,ölkənin müxtəlif ali məktəblərinə daxil olmuşlar.

         Məktəbin şagirdləri bir qayda olaraq Spartakiada və idman yarışlarında iştirak edərək mükafata layiq yerlər tutmuşlar. Məktəbin komandaları voleybol,futbol,şahmat, dama, üzgüçülük, basketbol,stolüstü tennis yarışlarında 1-IV yerlərə layiq görülmüşdür.

İstedadlı şagirdlərin aşkara çıxarıması və onlarla məqsədyönlü işlər aparilması nəticəsində məktəbin şagirdləri “Bilik yarışı”nın rayon,şəhər və respublika turlarında uğurlu nəticələr göstərmişlər.2008-ci ildə məktəbin X sinif şagirdi Arifli Toğrul kimya fənni üzrə Respublika olimpiadasında IV yerə layiq görülmüşdür. 2010-cu ildə isə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən Məktəblilərin III İntelekt Olimpiadasında məktəbimizin komandası II yeri tutmuşdur. Məktəbdə BMT-nin İnsan hüquqları Bəyannaməsinin 60 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının keçirdiyi “Hüquqlarımızı öyrənək və öyrədək“ adlı layihəsində şagirdlər göstərdiyi fəalığa görə təşəkkürnamə ilə təltif olunmuşlar.Məktəb ixtisaslı müəllimlərlə tam təmin edilmişdir.Məktəbin biologiya müəllimi Cəfərova Səmayə Abbas qızı dərsliklə bağlı Metodik tövsiyyələrin müəllifidir.                                                                                                      

Məktəb kitabxanası müasir tələblərə cavab verir,kitabxanada fəaliyyət göstərir,məktəb rəhbərliyi tərəfindən kitabxananın işinə ciddi nəzarət edilir.Kitabxana kompüterlə təchiz edilmişdir.

 Hərbi-vətəhpərvərlik tərbiyəsi sahəsində  görülmüş işlər də qənaətbəxşdir.Məktəbin “Cəsurlar”,”Şahin”,”Sağ cinah uğrunda”komandaları yarışlarda uğurla çıxış edərək Fəxri Fərman və diplomlarla təltif edilmişdir.